Çaylarda sululuq artdı

Cəmiyyət

07.05.2025 10:16

15

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb. 

Bu barədə TodayPress-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.   

Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 07-si saat 9:00-a olan məlumatına əsasən yağan leysan xarakterli intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb. 

Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 53 sm, Pirsaatçay, Vəlvələçayda 4 sm, Əyriçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 6 sm, Kür çayının aşağı axımında Kür-Surrada 46 sm, Kür-Zərdabda 20 sm, Araz çayının yuxarı axımında isə 34 sm artım qeydə alınıb. 

Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 16 sm artıb, su sərfi 773 m3/san olmaqla normanın 107%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 34 sm artıb, su sərfi 284 m3/san olmaqla normanın 143%-ni təşkil edir.

tag: Çay, Sululuq, Səviyyə, Yağış, Milli Hidrometeorologiya Xidməti, todaypress.az,