“Cathey Pasific” aviaşirkətinin təyyarəsi Heydər Əliyev aeroportuna məcburi eniş etdi
Cəmiyyət
03.02.2025 21:30
“Cathey
Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən
hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş
sorğusu göndərib.
TodayPress xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. “Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.
Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.
Qeyd edək ki, fövqəladə
hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin
təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda
mütəmadi hazırlıq təlimləri keçirilir.
tag: London, Honq Konq, Təyyarə, Heydər Əliyev, todaypress.az,