Bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində çalışır.
Martın 19-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib, 14 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son iki ilin rekord göstəricisidir.
TodayPress xəbər verir ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.
Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.
Bunun üçün həvəsləndirici fürsətlər də mövcuddur. Belə ki, 20-31 mart tarixlərində “biletim.az” portalının saytı və mobil tətbiqindən alınan bilet 3% (ATB kartları) keşbek qazandırır.
tag: Bakı,Avtovağzal,Bayram,Gücləndirilmiş,İş,Rejim,Todaypress.az,