Bu il doğulan oğlanların sayı qızlardan çoxdur
Cəmiyyət
20.08.2024 16:45
2024-cü ilin yanvar-iyul ayları ərzində 31 min 306-sı oğlan, 27 min 542-i isə qız olmaqla ümumilikdə 58 min 848 uşağın doğumu dövlət qeydiyyatına alınıb.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bu ilin yanvar-iyul ayları ərzində oğlan uşaqlarına ən çox Uğur, Hüseyn, Əli, Yusif, Raul, Ömər, Məhəmməd, Murad, Ayxan və Adəm, qız uşaqlarına isə Zəhra, Zeynəb, Məryəm, Aylin, Ayla, Nilay, Melisa, Fatimə, İnci və Mələk kimi adlar verilib.
tag: Uşaqlar, Döğum, Adlar, Ədliyyə Nazirliyi, Dövlət Qeydiyyatı, todaypress.az,