Bu gün Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət
01.02.2025 07:45
Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar
elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə TodayPress “Azərişıq ASC”-dən
bildirilib.
Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən
110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 2 saylı
hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar elektrik xətləri sifarişə
əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 13:30-dan saat 15:30-dək şəhərin
Səttar Xan, Həzi Aslanov, Zərifə Əliyeva küçələrində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.
Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra
ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
tag: İşıq, Lənkəran, Elektrik, Enerji,Azərişıq, todaypress.az,