BQXK mina insidentlərinin təsirinə məruz qalmış 7 nəfər üçün fərdi seans təşkil etdi

Cəmiyyət

06.12.2024 10:58

BQXK-nın dəstək göstərdiyi, psixi sağlamlıq sahəsində çalışan yerli mütəxəssislər tərəfindən Yaxın Şərqdən repatriasiya olunmuş 99 uşaq və onların himayəçiləri üçün 1223 psixoloji dəstək seansı keçirilib. 

TodayPress xəbər verir ki, bu barədə BQXK-nın brifinqində bildirilib. 

Diqqətə çatdırılıb ki, üç rayonda repatriasiya olunmuş uşaqlar və qadınlar üçün 18 psixi sağlamlıq qiymətləndirməsi həyata keçirib.

Həmçinin, sağlamlıq sahəsində çalışan mütəxəssislər tərəfindən mina insidentlərinin təsirinə məruz qalmış 7 nəfər üçün fərdi seans təşkil edilib. 

Günəş Mərd

tag: BQXK,Yardım,Yaxın Şərq,Psixoloji,todaypress.az,