BQXK: "İtkin düşmüş şəxslərin ailələrinin psixososial vəziyyəti diqqətdə saxlanılmalıdır"
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 30 sirdaşa itkin düşmüş şəxslərin ailələrinə psixososial yardım göstərilməsi üçün təlimlər keçib.
TodayPress xəbər verir ki, bu barədə BQXK-nın brifinqində bildirilib.
Vurğulanıb ki, itkin düşmüş şəxslərin ailələrinin diqqətdə saxlanılması təşkilat üçün önəmlidir.
Bu sahədə görülən xırda işlər həmin şəxslərin ailələrinin psixi sağlamlığına müsbət təsir göstərir.
"BQXK-nın sirdaşlar şəbəkəsi bu istiqamətdə işlərini davam etdirir. İtkin düşmüş şəxslərin ailələrinin haralı olmağından asılı olmayaraq onların kədəri eynidir" deyə humanitar təşkilatdan qeyd olunub.
Günəş Mərd
tag: BQXK,Şəbəkə,İtkin düşmüş,Şəxs,Tapılmış,todaypress.az,