BQXK: "706 nəfər ehtiyaclarını qarşılamaq üçün pul yardımı alıb"

Cəmiyyət

06.12.2024 10:41

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) arıçılıq layihəsi çərçivəsində 126 nəfər təşkil edilmiş təlimlərdə iştirak edərək və maliyyə yardımı alaraq bu sahədə fəaliyyətlərini genişləndirmək imkanı qazanıb.

TodayPress xəbər verir ki, bu barədə BQXK-nın brifinqində bildirilib. 

Qeyd olunub ki, 706 nəfər, o cümlədən mina insidentlərinin təsirinə məruz qalmış şəxslər, mina qurbanlarının ailələri və Yaxın Şərqdən repatriasiya olunmuş uşaqlar, ehtiyaclarını qarşılamaq üçün pul yardımı alıb.

401 nəfər "Ağıllı bağçılıq" layihəsindən faydalanıb. Layihə iştirakçılarına ərzaq istehsal etmək üçün alətlər və toxumlar paylanıb. 

300 nəfər də öz növbəsində quşçuluğa dəstək layihəsindən faydalanıb.

Günəş Mərd

tag: BQXK,Axtarış,Brifinq,Yaxın Şərq,todaypress.az,