BQXK: "1127 itkin ailəsi ziyarət edilib"
Cəmiyyət
06.12.2024 10:31
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1127 itkin ailəsini ziyarət edib və onlardan 53-nə təməl psixososial dəstək göstərib.
TodayPress xəbər verir ki, bu barədə BQXK-nın brifinqində bildirilib.
Eyni zamanda qeyd olunub ki, eyniləşdirmə xəbəri almış yaxınlarının yas mərasimləri zamanı sirdaşlar tərəfindən 357 dəfə ziyarət göstərilib.
90 itkin ailəsi üzvü anım mərasimində iştirak edib.
28 sirdaş ikigünlük rüblük təlimdə iştirak edərək itkin düşmüş şəxslərlə bağlı məsələlərdə kömək etmək və itkin ailələrinə dəstək olmaq bacarıqlarını artırıb.
Həmçinin, ekshumasiya və eyniləşdirmə işlərinə cəlb olunmuș təşkilatları təmsil edən 11 əməkdaş, BQXK-nın dəstəyi ilə xaricdə keçirilən konfranslarda və təlim proqramlarında iştirak edib.
İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində çalışan dövlət qurumlarını təmsil edən 9 əməkdaş, BQXK-nın təşkil etdiyi təlimlərdən faydalanıb.
Hakimiyyət orqanları tərəfindon həyata keçirilən ekshumasiya işlərinə texniki dəstək göstərmək üçün 3 rayona 3 sahə səfəri edilib.
BQXK ekshumasiya və eyniləşdirmə işlərinə dəstək olaraq Azərbaycanın aidiyyəti dövlət qurumlarına müxtəlif vəsaitlər təqdim edib.
Günəş Mərd
tag: BQXK,İtkin,Brifinq,Ekshumasiya,todaypress.az,