"Böyük Zəfərə yol açan tarixi gün" adlı tədbir keçirildi - FOTO

Cəmiyyət

08.11.2024 17:42

Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə "Böyük Zəfərə yol açan tarixi gün" adlı tədbir keçirilib. 

TodayPress xəbər verir ki, əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin, eyni zamanda ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbirdə rəsmi nümayəndələr, şəhid övladları, qazilər və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində prezident İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusunun qazandığı zəfərdən danışıblar. Ordumuzun xalqımıza bəxş etdiyi 8 Noyabr - Zəfər Günündən, şəhidlərimizin, qazilərimizin, o cümlədən, Vətən müharibəsinin bütün mərd iştirakçılarının keçdiyi şərəfli döyüş yolundan, dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan, hazırda işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışdan söz açıblar.

Ardınca gənclərə öz tövsiyyələrini vermək üçün söz Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskiyə verilib. O, öz növbəsində Zəfər Günü münasibətilə hər kəsi təbrik edib. Gənclərin vətənpərvər ruhda böyüməsinin vacibliyindən danışıb.  

Sonda bizə Zəfər Gününü bəxş edən qəhrəman oğulların valideynlərİ - șəhid anaları və ataları səhnəyə dəvət olunublar. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.

Qeyd edək ki, zəfər tədbiri ölkəmizin şərəfli günlərindən birini qeyd etməklə yanaşı, bu qələbəni bizə qazandıranlara təşəkkür etmək məqsədilə düzənlənib.

tag: Zəfər Günü, Şəhid Anaları, Prezident,Mehriban Əliyeva, Nəsimi İcra Hakimiyyəti, İlham Əliyev,

photo
photo
photo
photo
photo