BMT-nin nümayəndəsi: “Azərbaycanda su azlığı böyük bir təhlükədir”
Cəmiyyət
16.10.2024 11:10
“Qadınlar əksər hallarda su resurslarına daha çox ehtiyac duyurlar. Qadınlar mütləq şəkildə su haqqında qanunların qəbul edilməsində birbaşa iştirak etməlidirlər”.
TodayPress xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Hayat “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransa deyib.
Onun sözlərinə görə, Azərbaycanda su azlığı böyük bir təhlükədir. İçməli su resursların aşağı olması və əhalinin sayının artması ciddi narahatlıq yaradır. Bu bir daha bizə görülməli işlərin nə qədər çox olduğunu göstərir:
“Gender bərabərliyində investisiyaların qoyulması gələcəyə yatırımdır. Biz qadınlar üçün bərbaərhüquqluluğu təmin etməliyik”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatları, eləcə də tələbələr iştirak edir.
Töhfə Səməd
tag: Su ,BMT ,Azərbaycan, ADA ,Nasar Hayat, todaypress.az,