Binəqədidə tüstüdən zəhərlənən şəxsin SON DURUMU AÇIQLANDI

Cəmiyyət

06.02.2025 15:07

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə yanğın baş verib.

TodayPress xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.   

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.02.2025-ci il tarixində saat 03:09-da Binəqədi rayonu, Biləcəri, A.Zeynalov 22 ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

Kliniki Tibbi Mərkəzdən TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, 06 fevral 2025-ci il tarixdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası tərəfindən 1 nəfər (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub:

"Xəstəyə zəruri tibbi yardım göstərilib və evə buraxılıb". 

Qiymət Mahir

tag: Tüstü,Zəhərlənmə,Diaqnoz,Yanğın,Binəqədi,Todaypress.az,