Binəqədidə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Cəmiyyət

06.05.2025 22:26

21

Binəqədi kəndində yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

TodayPress xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/10 kV-luq "ETK-4" yarımstansiyasından qidalanan 6 kV-luq "Binəqədi-1" hava xəttində yenidənqurma və təmir-təftiş işlərinin aparılması ilə əlaqədar mayın 7-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


tag: Azərişıq, Binəqədi, Elektrik,Enerji, todaypress.az,