Binəqədi və Yasamalda sabah qaz olmayacaq

Cəmiyyət

19.09.2024 04:44

Binəqədi və Yasamal rayonlarının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan TodayPress-ə verilən məlumata görə, Binəqədi və Yasamal rayonları ərazisində aparılacaq təmir-bərpa işləri ilə bağlı sabah saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

 

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, 9-cu mikrorayonda A.Babaşov, M.Məmmədxanov, Z.Fərəcov, 22-ci dağlıq, O.Musabəyov, C.Xəndan, S.Məmmədov, Ü.Hacıbəyov, İ.Cümşüdov, İ.Həşimov küçələrində və MİDA yaşayış kompleksinin Naftalan klinikası, DİN-nin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

tag: Binəqədi, Yasamal, Qaz,DİN,todaypress.az,