Biləsuvarda qaz təchizatında problem yarandı

Cəmiyyət

26.03.2025 22:40

1392

Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında problem yaranıb.

TodayPress xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib.

Belə ki, artıq 2 saatdır ki, bəzi abonentlərin evlərinə verilən qazın təzyiqi zəifləyib və ya kəsilib.

Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsinin Biləsuvar xidmət sahəsindən bildirilib ki, yaranan problem şəhər ərazisində qaz tənzimləyici qurğuda yaranan tutulma ilə əlaqədardır. Hazırda problem aradan qaldırılır.

 

tag: Biləsuvar, Qaz, Fasilə, Abonent, Lənkəran, todaypress.az,