Biləsuvarda elektrik enerjisinin verilməsində fasilələr yarandı
Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Bu barədə TodayPress-ə rayon sakinləri məlumat verib.
Sakinlərin bildirdiyinə görə, küləklə müşahidə olunan leysan yağışına görə elektrik enerjisinin verilməsində fasilə yarandığı bildirilir. Artıq 3 saatdan çoxdur ki, Biləsuvar şəhərinin bəzi hissələri işıqsızdır.
Qeyd edək ki, hazırda rayon ərazisində sakit hava şəraiti müşahidə olunur.
tag: Biləsuvar, Elektrik, Enerji, Külək, Hava, todaypress.az,