Biləcərinin bir hissəsində qaz olmayacaq
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
TodayPress xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Biləcəri qəsəbəsinin N.Asimzadə küçəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə 18.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.
tag: Bakı,Binəqədi,Biləcəri,Qaz ,todaypress.az,