Bəzi zolaqlar üzrə sürət həddi aşağı salındı

Cəmiyyət

05.05.2025 21:10

21

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən TodayPress-ə verilən məlumata görə, bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

tag: DİN, Nəqliyyat, Zığ, Hava-Limanı,todaypress.az,