Bəzi zolaqlar üzrə endirilmiş sürət həddi bərpa edildi
Cəmiyyət
07.01.2025 09:50
Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə TodayPress-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb” məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün sözügedən yolda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.
tag: Zığ, Yollar, İdarəetmə ,Bərpa, Sürət ,todaypress.az,