Bəzi yollarda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Bu barədə TodayPress-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
tag: DİN,Hava,Yol,Sürət,todaypress.az,