Bəzi qəsəbələrdə qaz olmayacaq
Bu gün Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsində qaz kəsiləcək.
Bu barədə TodayPress-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.
Bu məqsədlə 13.05.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
tag: Qaz,Tədarük,Kəsilmə,Qəsəbə,Todaypress.az,