Bəzi magistral yollarda görmə dumana görə məhdudlaşacaq
Cəmiyyət
12.01.2025 14:45
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Yanvarın 13-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
tag: Yol,Duman,Avtomobil,Məhdudiyyət,todaypress.az,