Bəzi ərazilərə yağış yağıb - FAKTİKİ HAVA

Cəmiyyət

22.12.2024 10:45

Dekabrın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, dekabrın 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 21-i Neftçalada 1 mm-dək çiskinli yağış yağıb. 

Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb. 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

tag: Hava,Bakı,Abşeron,Rayon,Bölgə,Todaypress.az,