Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Cəmiyyət

09.04.2025 10:26

8

Aprelin 9-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır. Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

tag: Hava, Temperatur, Yağış,Milli Hidrometrologiya Xidməti, Şimşək, todaypress.az,