Bəzi ərazilərdə işıq olmayacaq

Cəmiyyət

15.12.2024 09:30

Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

TodayPress xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan 10 kilovoltluq 12 nömrəli xətt aparılan cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

"Təmir işləri ilə əlaqədər 15.12.2024-cü il tarixində saat 11:00-dan 12:00-dək Heydər Əliyev prospektində 22, 24, 26 və 30 saylı, Nizami küçəsində 34, 38, 40 saylı binalarda və bu küçələrin yaxınlığında yerləşən iaşə obyektlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq"  deyə məlumatda qeyd olunub.

tag: Naxçıvan ,Şəhər,Energetika ,İşıq,Təmir ,todaypress.az,