Bəzi çaylarda sululuq artdı

Cəmiyyət

02.05.2025 09:24

15

Avtomat hidroloji stansiyaların mayın 2-si saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. 

Bu barədə TodayPress-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. 

Qeyd edilib ki, suyun səviyyəsi Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 15 sm, Zabuxçay-Bozluda 8 sm, Tərtərçay-Vəngdə 4 sm, Bərgüşadçay-Əliquluuşağıda 3 sm, Oxçuçay-Bürünlü və Quruçay-Böyük Tağlarda 2 sm artım qeydə alınıb.

tag: Çay, Sululuq, Səviyyə, Yağış, Milli Hidrometeorologiya Xidməti, todaypress.az,