Bəzi çaylarda sululuq artdı

Cəmiyyət

12.05.2025 09:20

15

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb. 

TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, bəzi çaylarda sululuq artıb. 

Böyük Qafqaz ərazisindən axan Katexçay və Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 5 sm, Quruçayda 4 sm, Zabuxçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 9 sm, Kür-Şirvanda 4 sm, Kür-Bankədə isə 2 sm artım qeydə alınıb. 

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 547 m3/san olmaqla normanın 73%-ni təşkil edir.

tag: Çay, Sululuq, Səviyyə, Yağış, Milli Hidrometeorologiya Xidməti, todaypress.az,