Bəzi çaylarda sululuq artdı

Cəmiyyət

06.05.2025 09:48

13

Avtomat hidroloji stansiyaların mayın 6-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. 

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərədə 56 sm, Qusarçay-Kuzunda 13 sm, Qudiyalçay-Qımılda 6 sm, Əyriçay-Ağyazıda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay-Əsrikcırdaxanda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 18 sm, Bərgüşadçay-Əliquluuşağıda 9 sm, Tərtərçay-Vəngdə 4 sm, Tutqunçay-Comərddə 2 sm artım, Kür çayının aşağı axımında Kür-Surrada 54 sm, Kür-Zərdabda 10 sm artım qeydə alınıb.  Transsərhəd çayında Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 23 sm artıb, su sərfi 230 m3/san normanın 116%-ni təşkil edir.

tag: Çay, Sululuq, Səviyyə, Yağış, Milli Hidrometeorologiya Xidməti, todaypress.az,