Bəzi bölgələrdə küləkli hava davam edir - FAKTİKİ HAVA
Aprelin 5-i saat 17:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Belə ki, Naxçıvan, Culfa, Ordubad və Astarada arabir yağış yağır.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Şahdağda 20, Kəlbəcərdə isə 16 m/s-yə çatır.
Göygöl, Qax və Lerikdə duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 19, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.
tag: Hava,Temperatur, Atmosfer, Yağış, Duman,todaypress.az,