Bəzi bölgələrdə duman müşahidə edilir-FAKTİKİ HAVA

Cəmiyyət

05.04.2025 10:25

1051

Azərbaycanda hava yağmursuz keçib, bəzi yerlərdə duman müşahidə olunur.

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, aprelin 5-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bəzi rayonlarda qərb küləyi əsib, küləyin sürəti arabir Gəncədə 18 m/s, Sabirabadda 16 m/s, Şəki və Zaqatalada 15 m/s, Mingəçevirdə 14 m/s-yə çatıb.

Abşeron yarımadasının bəzi yerlərində eyni zamanda, Naftalan, Şamaxı, Sabirabad, Kürdəmir, Cəfərxan, Yevlax, Neftçala, Biləsuvar, Altıağac, Qrız və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Aran rayonlarında o cümlədən, Naxçıvan MR-da 25, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

tag: Hava,Temperatur, Atmosfer, Yağış, Duman,todaypress.az,