“Beynəlxalq Yer Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

Cəmiyyət

21.04.2025 16:44

9

 “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə aprelin 21-də Müşfiqabad qəsəbəsində “Beynəlxalq Yer Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Bu barədə TodayPress-ə Nazirlikdən məlumat verilib.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birinci müavini Rəşad İsmayılov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib. 

Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. 

Qeyd edək ki, “Beynəlxalq Yer Günü” BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməyə əsasən hər il aprelin 22-də qeyd olunur.

Bu günün əsas məqsədi ətraf mühitin qorunmasına ictimai diqqəti artırmaq və ekoloji maarifləndirməni təşviq etməkdir.

tag: Yer Günü,Ağacəkmə,Aksiya,Ekologiya,Todaypress.az,

photo
photo
photo
photo