“Beynəlxalq Qırmızı Xaç Komitəsi cəsədlərin tanınması ilə məşğul olmur”

Cəmiyyət

03.12.2024 18:40

Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) cəsədlərin tanınması və itkin düşənlərin axtarışı ilə birbaşa məşğul olmur. 

TodayPress xəbər verir ki, bu barədə BQXK nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni erməni jurnalistlərlə söhbətində məlumat verib.

O, qeyd edib ki, BQXK regional nümayəndə heyətləri 1990-cı illərdə Qarabağ münaqişəsi ilə bağlı yaradılıb.

“30 ildən artıqdır ki, biz müxtəlif istiqamətlərdə münaqişə ilə bağlı məsələlərlə məşğul oluruq. İtkin düşənlərin yaxınlarının onların başına gələnlər haqqında bilmək hüququ var. Bununla bağlı BQXK səlahiyyətli orqanlarla işləyir, digər döyüş vəziyyətlərində də əldə etdiyi biliklərdən istifadə edərək texniki və ekspert imkanları ilə dəstək verir” deyə Amatuni bildirib.

O, qeyd edib ki, regional nümayəndə heyətləri 90-cı illərin əvvəllərində münaqişə nəticəsində itkin düşən beş mindən çox insan haqqında məlumat toplayıb. Onların minə yaxını ermənidir.

“Bu, dövlətin müvafiq strukturlarının işidir. BQXK-nın dəstəyi təcrübə mübadiləsidir, biz Milli Ekspertiza Mərkəzi ilə sıx əməkdaşlıq edirik” deyən Amatuni əlavə edib ki, erməni mütəxəssislərin imkanlarının artırılması hər hansı fövqəladə vəziyyətdə itkin düşənlərin sayının azalmasına töhfə verəcək.

Töhfə Səməd

tag: Beynəlxalq Qırmızı Xaç Komitəsi, Zara Amatuni ,Milli Ekspertiza Mərkəzi ,İtkin Düşənlər, todaypress.az,