Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir

Cəmiyyət

30.04.2025 17:59

9

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşınma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə paytaxtda fəaliyyət göstərən 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edir. 

Bu barədə TodayPress-ə AYNA-dan məlumat verilib.

Belə ki, 91, 105, 147, 158 və 216 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar mayın 1-dən yeni avtobuslarla xətlərin istismarını həyata keçirəcəklər.   

Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində avtobusları yenilənən marşrutların istiqamətləri aşağıdakılardır:

- 91 nömrəli marşrut: Binəqədi qəsəbəsi (“Bakı Poladtökmə” ASC) – Bakı Beynəlxalq Avtovağzal Kompleksi); 

- 105 nömrəli marşrut: Balaxanı qəsəbəsi – C.Naxçıvanski küçəsi (“8-ci kilometr” bazarı); 

- 147 nömrəli marşrut: Məmmədli qəsəbəsi – "Azadlıq prospekti" metrostansiyası; 

- 158 nömrəli marşrut: Xocəsən qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası; 

- 216 nömrəli marşrut: Balaxanı qəsəbəsi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi. 

Qeyd edək ki, sözügedən marşrutlar üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.               

tag: AYNA,Azərbaycan, Nəqliyyat, Məntəqə, todaypress.az,