Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başladı

Cəmiyyət

14.09.2024 08:53

İşğaldan azad edilən ərazilərə daha bir müntəzəm avtobus marşrutu fəaliyyətə başlayıb.

TodayPress-in verdiyi məlumata görə, bu gün Bərdə şəhər avtovağzalından Xankəndiyə ilk marşrut reysi hərəkət edib.

Bərdə-Xankəndi reysi gün ərzində 3 dəfə olmaqla həyata keçiriləcək. Marşrut Bərdədən hər gün səhər saat 7-də, 11:30 və 16:30-da hərəkət edəcək. Marşrut xətti üzrə hərəkət yüksək komfortlu avtobuslarla həyata keçiriləcək.

Avtobus marşrutu üzrə sərnişindaşıma qiyməti 2.80 AZN müəyyən edilib.

tag: Bərdə, Xankəndi, Avtobus, Reys, Sərnişin ,todaypress.az,