BDYPİ Moldovada yol polislərinə mototəlim keçdi

Cəmiyyət

14.04.2025 11:33

6

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları polis kapitanı İbrahimov Emil və polis baş serjantı Kərimov Samir Moldovanın paytaxtı Kişinyov şəhərində ölkənin yol polisi əməkdaşarına texniki sürücülük bacarıqlarını, eləcə də əməliyyat müdaxilələrinə xas olan taktiki və hüquqi aspektləri əhatə edən mototəlim keçiblər. 

Bu barədə TodayPress-ə BDYPİ-dən məlumat verilib

Təlimlərdə əməkdaşlarımız  ictimai asayişin qorunması üçün operativ müdaxilələr, müdafiə və təkmil sürücülük texnikaları, təqib və ələ keçirmənin taktiki üsulları, şəxsi təhlükəsizlik, mühafizə və motosikletlərə texniki qulluqla bağlı nəzəri, təcrübi bilik və bacarıqlarını bölüşüblər. 

Polis əməkdaşları — E.İbrahimova və S.Kərimova yüksək bacarıq nümayiş etdirdiklərinə görə təşəkkürnamələr verilib.

tag: DİN,Polis,Moldova,Təlim,Todaypress.az,