Bazar gününə olan hava proqnozu açıqlandı

Cəmiyyət

05.10.2024 16:15

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək, 765 mm civə sütunu təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsasən şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda isə  gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

tag: Bakı, Abşeron ,Hava ,Külək ,Buludlu ,todaypress.az,