Baş Prokurorluq və ETSN ağacəkmə aksiyası keçirdi

Cəmiyyət

26.04.2025 12:41

17

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların qorunması ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. 

Bu barədə TodayPress-ə Baş Prokurorluqdan məlumat verilib.

Aksiyada Baş prokuror Kamran Əliyev, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib. 

Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib.

tag: Kənd Təsərrüfatı,Nazirlik,Baş Prokurorluq,Ağacəkmə,Todaypress.az,

photo
photo
photo