Balıq ovuna qoyulan qadağa qüvvədən düşdü
Cəmiyyət
01.09.2024 09:23
Sentyabrın 1-dən sənaye balıq
ovuna qoyulan müvəqqəti qadağa qaldırılıb.
TodayPress xəbər verir ki, bu
qadağa balıqların kürü tökmə dövrü ilə əlaqədardır.
Dövlət Ekoloji Təhlükəsizlik
Xidməti və Su Nəqliyyatında Polis İdarəsi sənaye balıq ovu ilə məşğul olmaq istəyən
vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə
qadağan olunmayan ov alətlərindən istifadə olunmalı, kimyəvi, zəhərli və
partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor,
elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə edilməməlidir.
Balıq və digər su
bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına
görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
tag: Balıq,Ov,Qadağa,Cinayət,Məcəllə,todaypress.az,