"BakuBus" 161 ədəd elektrik avtobusunu istifadəyə verdi
Cəmiyyət
25.01.2025 17:58
2024-cü ilin noyabr-dekabr aylarında "BakuBus" MMC 161 ədəd elektrik avtobusu (“ecobus”) istifadəyə verib.
TodayPress bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, “ecobus”lar sıfır emissiya texnologiyası ilə təchiz edilib.
Bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir.
Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub.
tag: BakuBus,Avtobus,Emissiya,Komfort,Todaypress.az,