Bakının üç rayonunun bəzi ərazilərində qaz dayandırılacaq
Cəmiyyət
24.10.2024 02:57
Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz
xəttinin yerinin dəyişdirilməsi, Nərimanov və Sabunçu rayonlarında yeni
çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 24.10.2024-cü il saat
10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə TodayPress-ə "Azəriqaz"
İB-dən bildirilib.
Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ,
Nərimanov və Sabunçu rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti
fasilə yaranacaq.
tag: Qaz, Bakı, Qaradağ, Lökbatan, Nərimanov, todaypress.az,