Bakının su problemi həll olundu
Cəmiyyət
15.08.2024 14:03
Bir neçə gündür Bakı və ətrafı ərazilərdə yaşanan su problemi nəhayət ki, həll olub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən TodayPress-ə verilən məlumata əsasən, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb. Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb:
“Avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək. Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir”.
Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.
Töhfə Səməd
tag: Bakı, Su problemi, Sabunçu, Xəzər, Suraxanı, todaypress.az,