Bakının Mirzəağa Əliyev küçəsində yeni səki salındı

Cəmiyyət

12.02.2025 14:22

1035

Bakının Mirzəağa Əliyev küçəsində piyadaların daha təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə yeni səki salınıb.

TodayPress xəbər verir ki, bu barədə RəqəmsaI İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, eni 1,5 metr olan səkinin uzunluğu 360 metr təşkil edir.

Əvvəllər bu küçədə səki olmadığından piyadalar məcbur olub avtomobil yolundan və ya velosiped zolağından istifadə edirdilər.

Yeni səki müasir standartlara uyğun tikilib. Layihənin məqsədi şəhərin yol infrastrukturunu daha təhlükəsiz və vətəndaşlar üçün əlverişli etməkdir.

tag: Bakı,Mirzəağa Əliyev,Küçə,Səki,AYNA,todaypress.az,