Bakının mərkəzində narkomanlar yuvası – ARAŞDIRMA

Cəmiyyət

06.07.2024 14:05

TodayPress-ə daxil olan şikayətə əsasən, qeyd olunan ünvana getdik. Orada gördüklərimizi, yaşadıqlarımızı bəlkə də siz heç dəhşətli filmlərdə görməmisiniz.  Gördüklərimizi sözlə ifadə etmək çətin idi. 

Bura vaxtı ilə hərbi bunker olub. Hazırda isə xarabalığa çevrilən məkan narkomanların sığınacağına çevrilib. Ətrafda nimdaş geyimlər, ayaqqabılar, qalaqlanmış zibil tullantıları var idi. Çəkiliş üçün hərəkət etmək mümkünsüz idi. Yeşiklərdən düzəldilmiş masa gözümüzdən yayınmadı. Onun üzərində şprislər, su, stəkan və yandırılmış falka diqqətimizi çəkdi. Şprisin yuxarı ucunda yığılıb qalan qan hələ də qurumayıb. Bu isə onu deməyə əsas verir ki, narkomanlar bir müddət öncə burada olub və bu şprislərdən istifadə ediblər. 

Bunkerin ətrafında uzun müddət gözləsək də, gözümüzə dəyən olmadı. Ətrafdakı evlərin bir neçəsinə yaxınlaşıb, sakinləri bu durumla bağlı dinləmək istədik. Səsimizə səs verib, ərazidəki vəziyyətdən şikayətlənsələr də, qapını üzümüzə açan olmadı.

Biz çəkdik, göstərdik. Ümid edirik ki, bundan sonra aidiyyatı qurumun nümayəndələri məsələ ilə bağlı tez bir zamanda müvafiq işlər görəcəklər. Çünki paytaxt Bakının yaxınlığında belə dəhşətli mənzərənin olması çox dözülməzdir, həm də təhlükəlidir.

GÜNƏŞ MƏRD

tag: Bakı, Narkomanlar, Bunker,Sakinlər, Araşdırma, todaypress.az,