Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Cəmiyyət
08.10.2024 02:23
Qaradağ və Nizami rayonları ərazisində qaz
xətlərinin yerinin dəyişdirilməsi məqsədilə saat 09:00-dan qaz təchizatının
dayandırılması planlaşdırılır.
Bu barədə TodayPress-ə "Azəriqaz"
İB-dən bildirilib.
Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ rayonu
üzrə Ümid, Umbakı, Əzimkənd, Sanqaçal qəsəbələrinin və Yol evləri, Bağ evləri
yaşayış massivlərinin, həmçinin Nizami rayonu üzrə M.Şərifli, Ə. Kürçaylı, İ.
Məmmədov, B.Nuriyev, C.Naxçıvanski, R. Rüstəmov küçələrinin, Qara Qarayev və
Babək prospektlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.
tag: Qaz, Azəriqaz, Təmir, Fasilə, todaypress.az,