Bakının bəzi ərazilərində qaz olmayacaq
Xəzər,
Sabunçu və Binəqədi rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar saat
10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
TodayPress xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə,
qaz təchizatı dayandırılan müddətdə Stansiya Qala yaşayış massivi, Ləhiş
bağları ərazisində, həmçinin Binəqədi şosesi-1, 1-ci, 2-ci, 3-cü Mədən
əraziləri, M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsi, Baksol ərazisi, Zəngəzur
yaşayış massivi ərazisində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.
tag: Qaz,Bakı, Azəriqaz, Zəngəzur, todaypress.az,