Bakının bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət
17.01.2025 03:13
Biləcəri
Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kənd ərazisində
yenidənqurma və təmir işləri ilə əlaqədar yanvarın 17-də elektrik xətləri
sifarişə əsasən açılacaq.
TodayPress xəbər verir ki, bu barədə "Azərişıq"dan məlumat verilib.
Bildirilib ki,
110/35/6 kV-luq ETK yarımstansiyadan qidalanan 6 kV-luq Binəqədi 1, Binəqədi 2
hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar saat
10:00-dan saat 14:00-dək Binəqədi kənd və yeni yaşayış massivlərində elektrik
enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma və
təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik
enerjisi ilə təmin olunacaq.
tag: Biləcəri, Elektrik, Bakı,İşıq, todaypress.az,