Bakının 9 rayonu suya həsrət qaldı - RƏSMİ AÇIQLAMA

Cəmiyyət

14.08.2024 12:15

Bir neçə gündür ki, Bakı və ətrafı ərazilərdə bir sıra yerlərdə su problemləri yaşanır. Vətəndaşlar bildirirlər ki, Yasamal rayonu iki gündür ki, susuz qalıb. 

Məsələni aydınlaşdırmaq üçün TodayPress, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdi.

Qurumdan bildirildi ki, su kəsintiləri aparılan təmir işləri ilə əlaqədardır: 

“Avqustun 12-i  gecə saatlarından başlayaraq, Oğuz-Qəbələ xəttində təmir-bərpa işləri aparılır. Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür. 

Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər  Suraxanı, Ramana, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib.  Əhalinin digər mənbələr hesabına suyla təmin olunması isttiqamətində işlər aparılır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq”.

Mətbuat Xidmətindən verilən məlumata əsasən Oğuz-Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

Töhfə Səməd

tag: Su, Qəbələ,Birləşmiş Su Təchizatı Xidməti,Bərpa İşləri,Binəqədi, Sabunçu, Nəsimi, todaypress.az,

photo