Bakının 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq

Cəmiyyət

15.01.2025 19:30

Sabah Bakının Binəqədi rayonunun 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə TodayPress-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sulutəpə, Xocəsən və Çiçək qəsəbələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

tag: Bakı,Binəqədi,Sulutəpə,Xocəsən ,Çiçək ,todaypress.az,