Bakının 2 rayonunda qaz olmayacaq

Cəmiyyət

02.04.2025 20:00

2155

Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq. 

Bu barədə TodayPress Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilib ki, "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərində, Xəzər rayonu, Binə qəsəbəsində, Suraxanı rayonu, Əmircan qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 03.04.2025-ci il saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

"Qaz təchizatı dayandırılan müddətdə Binə qəsəbəsinin (11H saylı sahə), Əmircan qəsəbəsinin (A.Rzayev küçəsi), "Mərdəkan Bağları", "Stansiya-Qala" və "Mərdəkan yeni yaşayış" massivlərinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.

tag: Qaz,Xəzər ,Əmircan ,Binə,Todaypress.az,