Bakıdan Aktauya uçan təyyarədə problem yarandı
Cəmiyyət
30.12.2024 13:30
Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçuş həyata keçirən təyyarədə problem yaşanıb.
TodayPress xəbər verir ki, məlumatı Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti də təsdiq edib.
"Eniş ştat rejimində həyata keçirilib, enişdən sonra təyyarənin burun mexanizmində problem yaranıb. Təyyarədə sərnişin olmayıb" deyə məlumatda qeyd olunur.
Qazaxıstanın "Tengrinews.kz" portalı isə məlumat verir ki, söhbət şəxsi "GulfStream" təyyarəsindən gedir.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
tag: Bakı,Qazaxıstan,Aktau ,Təyyarə,todaypress.az,